Göyçayda 8 evdən oğurluq edənlər tutulub
01 dekabr 2014 10:42 (UTC +04:00)

Göyçayda 8 evdən oğurluq edənlər tutulub

0

Göyçay rayonunda evlərdən oğurluq edən şəxslər tutulub. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, bu ilin noyabrında Göyçay şəhərinin müxtəlif yerlərində 8 mənzilə gizli yolla daxil olaraq oradan küllü miqdarda qızıl-zinət əşyaları, qiymətli cihazlar və pul oğurlayan iki gənc polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində tutulub. Məlum olub ki, şəhərin Rəsul Rza küçəsindəki 50 saylı mənzildə yaşayan 20 yaşlı Əlağa Qurbanov qonşusu 22 yaşlı İlyas Səfərovla əlbir olaraq müxtəlif vaxtlarda Elsevər Əsədov, Vüsalə Məmmədova, Samir Osmanov, Nailə Ələkbərova, Şahin Hüseynov, Tünzalə Rüstəmova, Kiçikxanım Məmmədova və Mahir Müzəffərova məxsus mənzillərdən qızıl qolbağı və boyunbağı, iki cüt qızıl sırğa, 4 ədəd qızıl üzük, 770 manat pul, 16 min Rusiya rublu, pensiya kartları, bir fotoaparat və bir mobil telefon oğurlayıblar. Hər iki şəxs tutularaq istintaqa təhvil verilib. Onlar oğurluq etdiklərini etiraf ediblər.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 926

Oxşar yazılar