Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Bakı-Qazax magistral yolunun 347-ci kilometrliyində qeydə alınan hadisə zamanı “Ford” və “KamAz” markalı avtomaşınlar toqquşub. Bakı şəhəri sakini, 1987-ci il təvəllüdlü Aqil Abbasovun idarə etdiyi “Ford” markalı kiçik həcmli yük maşını dönmə əməliyyatını yerinə yetirən “KamAZ” markalı betonqarışdıran ilə toqquşub.
Nəticədə “Ford”un sürücüsü və sərnişini - Bakı sakini,1973-cü il təvəllüdlü İlqar Həsənov ağır bədən xəsarəti alıb. Yaralılar Gəncə şəhəri Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onların birinin vəziyyətinin ağır, digərinin isə orta-ağır olduğu deyilir. Qəzanın səbəbkarı olduğu ehtimal edilən “KamAZ”ın sürücüsü isə hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı araşdırma aparılır.