Goranboyda yanğın: xeyli sayda cücə məhv oldu
27 mart 2016 22:31 (UTC +04:00)

Goranboyda yanğın: xeyli sayda cücə məhv oldu

0

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Xan Qərvənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb və içərisində sayı məlum olmayan ( 30 günlük) cücələr tüstüdən boğularaq tələf olub.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.Yanğın saat 20:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar