Goranboy rayonunda quldurluqla məşğul olan şəxslər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də rayon sakini Mina Məhərrəmovanın evindən quldurluq yolu ilə 160 manat və 1500 manat dəyərində qızıl əşyalar aparmış Gürcüstan vətəndaşı Mahmud Xanov və Gəncə şəhər sakini Ayaz İsgəndərov tutulublar.
Araşdırma aparılır.