Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İrandan Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə “Heimann Cargo Vision” rentgen qurğusunda baxış keçirilib. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, yoxlama zamanı qurğunun nəzarət monitorunda avtomobilin yük yerində fərqli görünüşdə və formada naməlum predmetlərin olduğu müşahidə edilib. Avtomobilə keçirilən əsaslı baxış zamanı nəqliyyat vasitəsinin yük yerində - döşəmənin altında malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilən 42 000 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.