Gömrük Komitəsi: [b]“Vəziyyət nəzarətdədir"[/b]
02 sentyabr 2014 16:55 (UTC +04:00)

Gömrük Komitəsi: [b]“Vəziyyət nəzarətdədir"[/b]

Azərbaycan sərhədində "Ebola" virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması ilə bağlı vəziyyət nəzarət altındadır.

 

APA-Economics”in məlumatına görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, komitənin həkim əməkdaşları Səhiyyə Nazirliyindən alınan təlimata uyğun olaraq hərəkət edir.

 

“Səhiyyə Nazirliyindən alınan təlimata uyğun olaraq, vəziyyəti nəzarət altında saxlamaq üçün sərhəddə DGK-nın həkim əməkdaşları çalışırlar. Gömrük Komitəsinin əməkdaşları öz işlərini yerinə yetirirlər və təlimata uyğun olaraq, sərhədi keçən əcnəbi vətəndaşlar barədə Səhiyyə Nazirliyinə məlumat verirlər”-deyə A.Əliyev vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737
avatar

Oxşar yazılar