Siqaret qaçaqçıları yaxalandı
04 avqust 2016 12:06 (UTC +04:00)

Siqaret qaçaqçıları yaxalandı

0

 

“Samux” gömrük postunun əməkdaşları  yerli vətəndaşın avtomobilində külli miqdarda siqaret aşkar edib.

 

Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, “Samur” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

 

Baxış zamanı, nəqliyyat vasitəsinin salonunda 14.000 ədəd xarici markalı siqaret aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar