Dövlət Gömrük Komitəsinin əməkdaşları Gürcüstandan Azərbaycana külli miqdarda qanunsuz araq və siqaretin keçirilməsinin qarşısını alıblar.
Komitənin mətbuat xidmətindən Lent.az-a məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində 3 fakt üzrə Gürcüstandan respublikamıza gələn Azərbaycan vətəndaşlarından 100 ədəd 1 litrlik, 147 ədəd 0,5 litrlik “Nemiroff” markalı araqlar, həmçinin 20 200 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.
Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, bütün faktlarla bağlı araşdırma aparılır.