Millət vəkili Qənirə Paşayeva və Giresun Universitetinin rektoru Aygün Attariki qardaş ölkə arasındakı ortaq mədəniyyət və dəyərləri tanıtmaq məqsədiylə "Azərbaycan-Türkiyə Mədəniyyət, Sənət və Qardaşlıq Gecəsi" təşkil ediblər. Lent. az-ın məlumatına görə, Giresun Universitetinin Rektorluq konfrans salonunda keçirilən gecədə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib. Azərbaycanın əməkdar artisti Elza Seyidcahan, sənətçi İlham Əsgəroğlu, Giresun Universiteti Dövlət Konservatoriyasından Ceren Demirok tamaşaçılar qarşısında çıxış ediblər.
Daha sonra çıxış edən Qənirə Paşayeva tələbələrin əllərində Azərbaycan, Türkiyə bayraqlarını birlikdə görməkdən çox şad olduğunu deyib.