Bu gün Bakı vaxtı ilə saat 13:49-da Gəncə rayonunun inzibati ərazisində zəlzələ qeydə alınıb. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, zəlzələ ocağına yaxın yaşayış məntəqələrində zəlzələ 3,7 bala qədər hiss olunub.
İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.