Gəncədə tələbəni soyan iki nəfər saxlanıldı
05 may 2016 17:24 (UTC +04:00)

Gəncədə tələbəni soyan iki nəfər saxlanıldı

0

Gəncədə soyğunçuluq yolu ilə tələbənin telefonun ələ keçirən iki nəfər saxlanılıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin birinci kurs tələbəsi, Yevlax rayon sakini, 1997-ci il təvəllüdlü Cəfər Məmmədli polisə müraciət edərək bildirib ki, şəhərin Atatürk prospektində tanımadığı iki nəfər ona bıçaqla hədə-qorxu gələrək əlində olan “Samsung” markalı mobil telefonunu zorla alıblar.

 

Aparılan əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən iki nəfər - 1996-cı il təvəllüdlü Cəlal Məhərrəmov və 1997-ci il təvəllüdlü Azər Mehdiyev saxlanılıb. Onlar törətdikləri cinayəti etiraf ediblər.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar