Gəncədə taksi sürücüsü döyülüb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1989-cu il təvəllüdlü Vüqar Abdullayev sifət nahiyəsindən müxtəlif xəsarətlər əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. V. Abdullayevin bildirdiyinə görə, sərnişin dalınca gedən zaman başqa bir avtomobili ötüb keçərkən qəzadan yayınmaq məqsədi ilə uzaq məsafəli işıqlandırma sistemindən istifadə edib. İrəlidə avtomobili saxlayaraq sərnişini gözləyərkən ötüb keçdiyi avtomobilin sürücüsü ona hücum edərək döyüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.