Gəncədə döyülmə faktı qeydə alınıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Tural müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, T. Quliyev qayınatası tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.