Gəncədə lotereya oyunlarının təşkil edildiyi müəyyən edilib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş.İ.Xətai prospektində yerləşən çayxanada, oranın icarədarı – şəhər sakini Yasin Məmmədovun lotereya oyunları təşkil etməsi müəyyənləşib. Çayxanaya baxış zamanı üzərində “Golden Kend” sözləri yazılmış oyun çekləri, 74 manat pul, qəbzləri çap edən “Lpos” markalı aparat, “LG” markalı televizor və “Toshiba” markalı noutbuk aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.