Gəncədə intihar etdiyi güman edilən qadın öldürülbmüş
14 iyun 2014 17:11 (UTC +04:00)

Gəncədə intihar etdiyi güman edilən qadın öldürülbmüş

0

Gəncədə intihar etdiyi ehtimal olunan qadının qətlə yetirildiyi məlum olub. Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi ev 55-də yaşayan, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərovanı qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1983-cü il təvəllüdlü Niyaz Hilal oğlu Bayramov tərəfindən qətlə yetirildiyi müəyyənləşib. Hadisəni törədən N. Bayramov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2217

Oxşar yazılar