Cəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə sentyabrın 19-da saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Həyat yoldaşı ilə yolu keçmək istəyən, 1983-cü il təvəllüdlü Yusibova Emilya Səttar qızı, “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər 4 aylıq hamilə olan qadının vəziyyətinin normal, ginekologiya şöbəsində nəzarətində olduğunu bildiriblər.
Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədib qaçan, 1989-cu il təvəllüdlü, Elvin İsmayılov saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
***
Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə hadisə saat 22 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Həyat yoldaşı ilə yolu keçmək istəyən, 1983-cü il təvəllüdlü Yusibova Emilya Səttar qızı, “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Hazırda sürücünün kimliyi və onun saxlanılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində tədbirlər həyata keçirilir.