Gəncədə döyülmə faktı qeydə alınıb. Lent.az-ın qərb bürosunun verdiyi məlumata görə, Göygöl rayon Yeni Qızılca kənd sakini, 1985-ci il təvəllüdlü Surxay Səttarov qapalı kəllə beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal tibbi yardım göstərilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
S. Səttarovun Gəncədə naməlum şəxs tərəfindən döyüldüyü bildirilir.
Faktla bağlı hüququ mühafizə orqanları tərəfindən araşdırma aparılır.