Gəncədə evə basqın: [b]qızıl və pul aparıldı[/b]
04 dekabr 2014 18:45 (UTC +04:00)

Gəncədə evə basqın: [b]qızıl və pul aparıldı[/b]

0

 

Gəncə şəhərində maskalı şəxslər evə basqın ediblər.

 

Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Qəmərli küçəsində yaşayan, 1937-ci il təvəllüdlü Eldar Mədətov idarəyə müraciət edərək bildirib ki, 4 nəfər maskalı şəxs əllərində bıçaq hasardan aşaraq yaşadığı evə girib ona və həyat yoldaşına zor tətbiq edəcəkləri ilə hədələyərək ailələrinə məxsus 3 min manat, 200 ABŞ dolları və 3 min manat dəyərində qızıl zinət əşyaları aparıblar. Quldurluq hadisəsi törədənlərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 245

Oxşar yazılar