<b>Gəncədə ər arvadını qanına qəltan elədi</b>
03 may 2016 10:17 (UTC +04:00)

Gəncədə ər arvadını qanına qəltan elədi

0

Gəncədə qanlı hadisə baş verib. Lent.az xəbər verir ki, şəhər sakini, 1971-ci il təvəllüdlü Musayev Rasim Cavanşir oğlu həyat yoldaşı, 1969-cu il təvəllüdlü Musayeva Rəfiqə Mikayıl qızını bıçaqlayıb. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Bildirilir ki, R.Musayevlə həyat yoldaşı faktiki ayrı yaşayırmış.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 637

Oxşar yazılar