Gəncədə çətənə kolları məhv edilib
09 avqust 2014 18:12 (UTC +04:00)

Gəncədə çətənə kolları məhv edilib

0

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Hacıkənd qəsəbəsində “Xaşxaş 2014” şərti adı altında əməliyyat-axtarış tədbirləri keçiriblər. İdarədən APA-nın qərb bürosuna verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində Hacıkənd yolunun sağ tərəfində, 1,5 hektar boş sahədə ümumi çəkisi 1237 kiloqram yabanı halda bitən 1676 ədəd çətənə kolu aşkar edilərək yığılıb və yandırılma yolu ilə məhv edilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 930

Oxşar yazılar