Gəncədə bıçaqlanma
10 may 2016 22:13 (UTC +04:00)

Gəncədə bıçaqlanma

0

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhərin Vəli Xuluflu küçəsində yaşayan 1990-cı il təvəllüdlü Xaliq İsmayılov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

 

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar