Gəncədə avtobusla VAZ toqquşdu, yaralı var
09 iyul 2015 01:05 (UTC +04:00)

Gəncədə avtobusla VAZ toqquşdu, yaralı var

0

Gəncədə bir nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə iyulun 8-də, axşam saatlarında şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

 

VAZ 2107 markalı avtomobillə sərnişin daşıyan “İsuzu” markalı avtobusun toqquşması nəticəsində VAZ-ın sürücüsü, 1987-ci il təvəllüdlü Xaliq Yusifov bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma gedir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar