Gəncədə “VAZ” markalı avtomobil yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin salonu və mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Faktla bağlı araşdırılma aparılır, yanğının səbəbi araşdırılır.