Gəncədə intihara cəhd olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1991-ci il təvəllüdlü Abdullayev Sucayət Dilqəm oğlu ağır zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Yaxınlarının sözlərinə görə, S. Abdullayev hələ ki, tərkibi məlum olmayan məhlul içib.
Faktla bağlı araşdırma aparılır.