Gəncədə 23 yaşlı qız qazdan zəhərləndi
06 aprel 2015 20:33 (UTC +04:00)

Gəncədə 23 yaşlı qız qazdan zəhərləndi

0

Gəncədə yaşayan Sumqayıt şəhər sakini dəm qazından zəhərlənib.

 

Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Bakı küçəsində kirayə yaşayan, 1992-ci il təvəllüdlü Lətafət Qurbanova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını qurtarmaq mümkün olub.

 

Həkimlər xəstənin vəziyyətini normal qiymətləndirir. Araşdırma zamanı məlum olub ki, L. Qurbanova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar