Gəncə sakinindən narkotik vasitə götürüldü
25 mart 2015 23:48 (UTC +04:00)

Gəncə sakinindən narkotik vasitə götürüldü

Abşeron rayonunda narkotik satışı ilə məşğul olan Gəncə şəhər sakini saxlanılıb.

 

APA-nın məlumatına görə, rayon polisinin keçirdiyi əməliyyat nəticəsində  Gəncə Şəhər Kəpəz rayon sakini Vəliyev Murad Zahid oğlu şübhəli şəxs qismində saxlanılıb.

 

Baxış zamanı onun üzərindən 60 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, o, narkotik vasitəni satış məqsədi ilə Mehdiabad qəsəbəsinə gətirib.

 

Polisə ifadə verən Murad Vəliyev iki ildir ki, marixuana satışı ilə məşğul olduğunu deyib. Onun sözlərinə görə, əkərək becərdiyi marixuananı həm Gəncə, həm də Bakıda satıb.

 

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 292
avatar

Oxşar yazılar