Gəncə sakinindən külli miqdarda narkotik vasitə götürüldü
04 dekabr 2014 05:46 (UTC +04:00)

Gəncə sakinindən külli miqdarda narkotik vasitə götürüldü

0

Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində  Gəncə şəhər sakini, 37 yaşlı Quliyev Vasif Asif oğlu saxlanılıb.

 

APA-nın məlumatına görə, bölməyə gətirilən şəxsin əlindəki bağlamadan külli miqdarda narkotik vasitə aşkar edilib. 

 

Vasif Quliyevin sözlərinə görə, yabanı halda bitmiş narkotik vasitənin bir hissəsini  Şəmkir rayonu ərazisində yol kənarından yığıb. Bakıya iş dalınca gəldiyini deyən Vasif paytaxtda əliboş gəlmək istəməyib. Faktla bağlı Abşeron PRŞ -də  cinayət işinin istintaqı davam edir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 325

Oxşar yazılar