Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1977-ci il təvəllüdlü Nazim Orucov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat olunan N. Orucovun vəziyyəti orta ağır qiymətləndirilir. O şəhərin Cavad xan qəsəbəsinə gedən yolda olan tikinti materialları bazarının yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlandığını deyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.