Gəncə sakini müəmmalı şəraitdə bıçaqlandı
11 mart 2016 00:55 (UTC +04:00)

Gəncə sakini müəmmalı şəraitdə bıçaqlandı

0

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1978-ci il təvəllüdlü Seymur Quliyev bel nahiyyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Yaxınlarının bildirdiyinə görə, S. Quliyev evdən çıxandan 15 dəqiqə sonra bıçaqlanıb. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı  hələ ki məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar