Gəncədə döyülmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1990-cı il təvəllüdlü Qasımov Qasım Hüseyn oğlu bədənin müxtəlif hissələrinin xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Q. Qasımov bildirib ki, onu şəhərin Cavad xan küçəsində Ruslan adlı şəxs döyüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.