Gənc oğlanı doğum günündə öldürən şəxs tutuldu
25 mart 2016 10:12 (UTC +04:00)

Gənc oğlanı doğum günündə öldürən şəxs tutuldu

Sumqayıtda törədilən qətlin üstü açılıb.

 

Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhəri 13-cü mikrorayon ev 6-nın qarşısında Namiq Məmmədovu bıçaqlayaraq öldürən şəxsin Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Babək Atamalıyev olduğu müəyyən edilib. O, saxlanılıb.

 

Qeyd edək ki, hadisə martın 22-də baş verib. 1989-cu il təvəllüdlü Namiq Məmmədovun meyiti onun doğum günündə evinin qarşısında aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327
avatar

Oxşar yazılar