İyunun 30-da Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, H.Z.Tağıyev qəsəbəsində dəniz sahili ərazidə 1986-cı il təvəllüdlü İsmayılov Elvin İlyas oğlu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Elşən Əlipənahov tərəfindən törədilməsi müəyyən edilib və o saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar aparılır.