<span style="color:red;">Dəhşətli tale:  Bakıda gəlin toy günü öldü
10 iyun 2015 10:20 (UTC +04:00)

Dəhşətli tale: Bakıda gəlin toy günü öldü

Mərhum bəzənmək üçün gözəllik salonuna gedibmiş

 

Azərbaycan paytaxtında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə Bakının Zirə qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Sail Bədirlinin idarə etdiyi "Hyundai" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1990-cı il təvəllüdlü Vəsilə Qurbanova aldığı xəsarətdən hadisə yerində ölüb. Sürücü və onun həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rufanə Bədirli isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, hadisə zamanı dünyasını dəyişən V. Qurbanovanın toyu olacaqmış. O, toya hazırlaşmaq məqsədi ilə gözəllik salonundan gedibmiş. Qəza da onlar salondan qayıdarkən baş verib.

 

 

Faktla bağlı Pirallahı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202

Oxşar yazılar