Gədəbəydə ikimərtəbəli ev yandı
22 dekabr 2016 01:18 (UTC +04:00)

Gədəbəydə ikimərtəbəli ev yandı

0

Gədəbəydə yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gədəbəy rayonu, İvanovka kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 m² olan ikimərtəbəli 13 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının, 2-ci mərtəbədə 8 otağının yanar konstruksiyaları və dam örtüyü ümumilikdə 350 m² sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar