Gədəbəydə “VAZ” traktorla toqquşdu: 4 yaralı
28 mart 2016 07:13 (UTC +04:00)

Gədəbəydə “VAZ” traktorla toqquşdu: 4 yaralı

0

Gədəbəydə 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Düz yurd kəndində qeydə alınıb.

 

Rayon sakini, 1985-ci il təvəllüdlü Teymur Şirinovun idarə etdiyi “VAZ 21011” markalı avtomobillə 1970-ci il təvəllüdlü Fizuli Zeynalovun idarə etdiyi “MTZ-82L” markalı traktor toqquşub.

 

Qəza zamanı “VAZ”-ın sürücüsü və sərnişinləri, 1996-cı il təvəllüdlü Bəhruz Bayramov, 1989-cu il təvəllüdlü Vüqar Bayraməliyev və 1995-ci il təvəllüdlü Araz Musabəyov müxtəlif bədən xəsarətləri alaraq əvvəlcə Gədəbəy Mərkəzi rayon xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Faklta bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 277

Oxşar yazılar