Gədəbəy rayon sakini özünə kəsici alətlə xəsarət yetirib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qurudərə kənd sakini, 1987-ci il təvəllüdlü Sülhəddin İsmayılov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
S. İsmayılovun yaxınları onun özü-özünə xəsarət yetirdiyini bildiriblər.
Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində araşdırma aparılır.