Gecə daha 2 ev yandı
20 yanvar 2016 06:05 (UTC +04:00)

Gecə daha 2 ev yandı

0

Pirallahı və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Pirallahı  rayonunda yanğın vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin  1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə  yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Mingəçevir şəhərində yanğın vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan bir mərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 24 kv.m. sahədə evin çardağına yığılmış 2 kub.m. taxta materiallar yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar