FHN zavoddakı yanğınla bağlı məlumat yaydı
09 dekabr 2014 01:29 (UTC +04:00)

FHN zavoddakı yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi asfalt zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Qaradağ rayonu, Müşfiq qəsəbəsi, asfalt zavodunun ərazisində həcmi 3 kub.m olan 1ədəd boru qazanxananın içərisində və bitum çənlərinin ətrafına dağılmış bitum qalıqları 100 kv.m. sahədə yanıb.

 

Yanğından yaxınlıqdakı 3 ədəd 60 və 2 ədəd 35 tonluq bitum çənləri mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 82
avatar

Oxşar yazılar