Fövqəladə Hallar Nazirliyi Bakı-Hacıqabul dəmir yolu xətinin 90-cı kilometrliyində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonu ərazisində Gürcüstan-Bakı istiqamətində hərəkət edən 53 ədəd vaqondan ibarət yük qatarının 4 vaqonunun içərisində olan yük və dəmir yol xəttində 20 ədəd şpal yanıb.
Digər vaqonlar və dəmir yol xəttinin kommunikasiyaları yanğından mühafizə olunub. Yanğın saat 08:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.