Fövqəladə Hallar Nazirliyi Bakıda orta məktəbdə baş vermiş yanğın hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda, Təhsil Nazirliyinə məxsus orta məktəbin ümumi sahəsi 40 kv.m olan qazanxananın xarici divarından keçən diometri 51 mm olan qaz xəttində alışma olub.
Yanğın nəticəsində qazanxananın damında 1 p.m atma taxta yanıb. Qazanxana yanğından mühafizə olunub.