Fövqəladə Hallar Nazirliyi Qəbələdə bəzi kəndlərdəki evləri su basması ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Şimal-Qərb regional mərkəzindən daxil olmuş məlumata əsasən, iyunun 7-də yağan yağışlar səbəbindən Tikanlı, Qaraçay və Həmzəli çaylarında suyun səviyyəsinin qısa müddətli artması nəticəsində Qəbələ rayonunun Qəmərvan, Tikanlı, Mirzəbəyli, Xırdatala, İmamlı kəndlərində və Bum qəsəbəsində bəzi fərdi yaşayış evlərin həyətyanı sahələrini su basıb.
Qeyd olunan ərazilərə regional mərkəzin xilasediciləri və müvafiq texnikası cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Görülmüş tədbirlər nəticəsində fərdi yaşayış evlərin zirzəmisinə yığılmış su və lil təmizlənib.