APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Neftçala, Masallı və Lənkəran rayonu ərazilərində yerləşən "Qızılağac" Dövlət Qoruğunun ərazisində baş vermiş yanğın nəticəsində, 50 ha sahədə quru ot, kol-kos və qamışlıq sahə yanıb.
Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.