FHN: Paytaxtın Azadlıq prospektində binada yanğın hadisəsi baş verməyib
Bəzi media qurumları və sosial şəbəkələrdə bu gün Bakının Nəsimi rayonu Azadlıq prospektində yaşayış binasında yanğın baş verməsi, sakinlərin təxliyə olunması barədə məlumatlar yayılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya bildirilib ki, bu gün səhər saatlarında Azadlıq prospekti, 89 ünvanında beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzildə paltaryuyan maşının tüstülənməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları cəlb olunub.
Yanğınsöndürənlər hadisə yerinə baxış keçirərkən məlum olub ki, tüstülənmənin qarşısı ev sakini tərəfindən alınıb, heç bir yanğın hadisəsi baş verməyib.
649