FHN Tovuzdakı ağır qəza ilə bağlı məlumat yaydı
10 iyul 2015 10:55 (UTC +04:00)

FHN Tovuzdakı ağır qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Tovuzda baş vermiş qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, yol-nəqliyyat qəzası Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində “Mercedes” markalı minik avtomobilinin “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşması nəticəsində hadisəsi baş verib.

 

Nəticədə “Mercedes” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. Qəzada “Mercedes” markalı avtomobilin sürücüsü 1982-ci il təvəllüdlü Məmmədov Nadir Məmməd oğlu və avtomobildə olan 1 nəfər sərnişin aldıqları bədən xəsarətləri ilə hadisə yerində vəfat edib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221

Oxşar yazılar