FHN-də Türkiyənin Azərbaycandakı hərbi attaşesi ilə görüş keçirilib
Fövqəladə Hallar Nazirliyində nazir müavini general-leytenant Etibar Mirzəyevlə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi briqada generalı İsmail Hakkı Kosealı arasında görüş keçirilib.
FHN-dən Lent.az-a bildirilib ki, görüşdə attaşenin köməkçisi III dərəcəli kapitan Sabri Kamçılı və FHN-in məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı fövqəladə hallar sahəsində qarşılıqlı fəaliyyət istiqamətlərindən və mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışılıb.
Görüşdə, həmçinin gələcəkdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının Türkiyə Silahlı Qüvvələri tərəfindən təşkil olunan aidiyyəti kurslarda iştirakı, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub, gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
780