Fədayə Laçın azadlığa buraxılır - <span style="color:red;">Vəkil DANIŞDI  <span style="color:red;"> - YENİLƏNİB
30 sentyabr 2019 16:37 (UTC +04:00)

Fədayə Laçın azadlığa buraxılır - Vəkil DANIŞDI - YENİLƏNİB

Müğənninin vəkili Nurəngiz Qarayeva Lent.az-a açıqlamasında Bakı Apelyasiya Məhkəməsinin belə qərar çıxartdığını təsdiqləyib:
 
“Fədayə xanıma 304.2.1-ci maddədə nəzərdə tutulan ən aşağı cəza təyin edildi. Həmin maddəyə əsasən Fədayə Laçını 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyirdi. İrəli sürdüyümüz tələblər əsasında məhkəmə Fədayə Laçına təqsirli bilindiyi maddənin ən aşağı cəza müddətini təyin etdi”.
 
Qeyd edək ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də həbs edilib. Hakimin təyin etdiyi 2 il cəza müddəti isə gələn ayın 23-ü bitir. Vəkil də deyir ki, Fədayə Laçın  oktyabrın 23-də azadlıqda olacaq.
 
***
16:26
 
Bakı Apelyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
 
APA-nın xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Fədayə Laçının cəzası 2 ilə endirilib.
 
Bundan başqa Kanvoy Taborunun komandiri Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.
 
Qeyd edək ki, 2017-ci il oktyabrın 23-də Bakıda məhkumlar - "Qoca" ləqəbli Etibar Məmmədov və Əli Ağaminin qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunub. Keçirilən əməliyyatla E. Məmmədov məhv edilib, Əli Ağami isə saxlanılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev 9 il, qarovul rəisi Ceyhun Səmədov 9 il, müavinləri - Tural Poladxanov 8 il 6 ay, Fuad Hacıyev 8 il 6 ay, taksi sürücüsü Məhəmməd Hacıyev 7 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Şahmar Bəyəlizadə 7 il, Tərlan Zeynalov 7 il, Anar Əsgərov 7 il və Əli Ağami (cəzaları birləşdirilib) 20 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2717
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21