Fatmayidə qəza: iki yaralı
06 may 2016 07:48 (UTC +04:00)

Fatmayidə qəza: iki yaralı

0

Abşeronda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA -nın məlumatına görə, hadisə rayonun Fatmayi kəndində qeydə alınıb. "Nissan" və "Daewоo" markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki maşının sürücüsü xəsarət alınıb. Hadisə yerinə təcili yardım çağırılıb. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Həkimlər yaralı Musa Elmirzəyev və Elnur Abbasovu müayinə etdikdən sonra onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Hаdisə yerinə araşdırma aparan polis əməkdaşlarının bildirdiyinə görə, ehtimal olunur ki, qəzaya "Nissan" markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusu səbəb olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar