Fatmayi kəndində ev yanıb
19 avqust 2016 14:27 (UTC +04:00)

Fatmayi kəndində ev yanıb

0

Abşeron rayonu, Fatmayi kəndində evlərdən birində yanğın olub.

 

 

Fövqəladə Hallar Nazirliyinin ( FHN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin 3 otağının yanar konstruksiyaları və əşyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar