Bakıda falçını öldürən şəxsin adı məlum olub.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 14-də İçərişəhər ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən Goranboy rayonu Dəliməmmədli qəsəbə sakini, 1987-ci il təvəllüdlü Məhəbbət Vilayət oğlu Cahangirov yaşadığı rayonda tutularaq Bakıya gətirilib.
M. Cahangirov ilkin ifadəsində qətl hadisəsini ona yazdığı duaya görə və həmin duanın onun həyatına mənfi təsir etdiyinə görə etdiyini bildirilib.
Polisdən M. Cahangirovun “Azəriqaz” İstehsalat Birliyinin Goranboy rayon şöbəsinin hüquqşünası olduğu bildirilib.
Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.
Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.