Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qadınları fahişəliyə cəlb edən daha bir nəfər yaxalanıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Fatma Dadaşzadə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar saxlanılıb.
Araşdırmalar davam etdirilir.